AZ

LDU-da UNEC-lə birgə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində  LDU və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elmin populyarlaşdırılması” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açaraq cəmiyyətdə elmi dünyagörüşünün formalaşdırılmasının, təbliğinin vacibliyini qeyd edib. Keçirilən tədbirin maraqlı mövzuya həsr olunduğunu deyən rektor iştirakçıları çıxışlar ətrafında səmimi  dialoqa, elmi diskussiyaya dəvət edib. Prof. N. İbrahimov  LDU-da son illərdə bu istiqamətdə görülən işlərdən, elmi jurnalların nəşrindən, yeniliklərdən və qarşıda həllini gözləyən məsələlərdən  danışıb. 

UNEC-in  Elm və İnnovasiya məsələləri üzrə prorektoru  Rövnəq Rzayev, rektorun müşaviri Elşən Bağırzadə, “Elmin Populyarlaşdırılması Mərkəzi”nin rəhbəri Etibar Əliyev çıxışlarında mövzu ilə bağlı maraqlı nüanslara toxunublar. Çixışlarda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin bu sahədə qazandığı uğurlardan ətraflı söz açılıb, LDU ilə UNEC arasında birgə elmi  əməkdaşlığın səmərəli olacağı bildirilib. Dünyada və ölkədə elmin populyarlaşdırılması vəziyyəti müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. UNEC-li qonaqlar LDU kitabxanasına universitetin yeni nəşrlərini hədiyyə ediblər. 

Seçilən
42
1
xalqqazeti.az

2Mənbələr