AZ

ABŞ Gürcüstan rəsmilərini sanksiyalarla VURDU

Amerika hakimiyyəti iki gürcü məmura qarşı sanksiya tətbiq edib.

OXU24.COM  xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Siyahıya respublikanın daxili işlər naziri Vaxtanq Qomelaurinin də adı daxil edilib.

Sənəddə izah edilib ki, nazir dinc aksiyaların yatırılmasında iştirakına görə məhdudiyyətlərə məruz qalıb.

Sanksiya siyahısında həmçinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı idarəsinin rəis müavini Mirzə Kerevadze də var.

Bundan əvvəl Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə, onun müavini Aleksandr Daraxvelidzeyə, Tbilisi polis idarəsinin rəisi Sulxan Tamazaşviliyə, Xüsusi təyinatlılar departamentinin direktoru Zviad Xarazişviliyə və onun müavini Mileri Laqazauriyə qarşı sanksiyalar tətbiq edib .

phrase_var_article.chosen
30
22
oxu24.com

10phrase_var_article.sources