AZ

"Kızılcık şerbeti"nin aktyoru yeni serialda

Səhhətindəki problemə görə bir il əvvəl "Kızılcık şerbeti"ndən ayrılan aktyor Settar Tanrıöğen yenidən efirə qayıdır.

"Unikal" xəbər verir ki, 63 yaşlı sənətçi "Kızıl qoncalar" serialında rol alacaq. O, layihədə təriqət başçısını canlandıracaq.

Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən 3 dəfə əməliyyat olunmuşdu.

phrase_var_article.chosen
31
1
unikal.az

2phrase_var_article.sources