AZ

Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - Siyahı

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” sisteminə daxil olan müraciətlərin sayı və onun icra müddətini özündə əks etdirən abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti dərc edilib.

İKTA-dan Yenisabah.az-a verilən məlumata görə, təqdim edilən şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti 2024-cü ilin iyul-sentyabr ayları üzrə olmaqla, bazar payının 90%-ni təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.

17 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər "Enginet" MMC (6.78), "Selnet" MMC ( 3.4), "GSP" MMC (2.89), "Eurosel" MMC (2.27), "Az-Evro Tel MMC (2.07) olub.

Məlumata görə, ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Azqtel" MMC (21 gün), "Az-Evro Tel (16 gün), "Uninet" (14 gün), "Aztelekom" MMC (13), "Rahat Telekom" (10 gün) qərarlaşıb.

Qeyd olunub ki, bu il dekabrın 1-nə olan məlumata görə, “E-Şikayət”ə edilən müraciətlərin sayı 3700-ü ötüb. Onların 92,6%-i ilkin müraciət mərhələsində icra edilib, 5,7% civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir. Yalnız müraciətlərin 1,7%-lik hissəsi vətəndaşların ilk icradan narazı qalması səbəbindən tənzimləyici qurumun araşdırmasındadır.


Telegram kanalımız
phrase_var_article.chosen
32
27
yenisabah.az

10phrase_var_article.sources