AZ

İndoneziya gələn il D-8 Təşkilatına ev sahibliyi edəcək

Misirdə keçirilən D-8 Təşkilatının 11-ci Zirvə Toplantısında üzvlüyün genişləndirilməsinə dəstək verilib və 2025-ci ildə zirvə toplantısına İndoneziyanın ev sahibliyi edəcəyi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, yekun bəyanat Misirin paytaxtı Qahirədə keçirilən 11-ci İnkişaf etməkdə olan 8 Ölkə (D-8) Sammitindən sonra dərc edilib.

Yekun bəyanatda sammitdə iştirak edən ölkələrin liderləri və nümayəndə heyətləri Qahirə Bəyannaməsi vasitəsilə D-8 Təşkilatının genişlənməsinə öz dəstəklərini ifadə ediblər və Azərbaycanın təşkilata tamhüquqlu üzvlüyünü alqışlayıblar.

Liderlər D-8 Təşkilatına üzv dövlətlərə qarşı qlobal iqtisadi sabitliyə xələl gətirəcək, beynəlxalq hüquq prinsiplərini pozacaq hər hansı birtərəfli iqtisadi sanksiyalara qarşı olduqlarını bildirib və bu sanksiyaların ləğvini tələb ediblər.

Bəyanatda İndoneziyanın təşkilatın növbəti sədri kimi 12-ci Sammitə ev sahibliyi etmək təklifi alqışlanıb.

Sammitdə D-8 üzvü olan Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan dövlət və hökumət başçıları, həmçinin Livanın Baş naziri Nəcib Mikati, Fələstin Prezidenti Mahmud Abbas və Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.

phrase_var_article.chosen
25
1
operativmedia.az

3phrase_var_article.sources