Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni tender elan edib.
Valyuta.az xəbər verir ki, tender Komitə tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin təşkili xidmətlərinin satın alınması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 3 milyon 65 min 640 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 23 yanvar 2025-ci ildir.
Əvəz Həsənov