AZ

Üzərində peyğəmbərin göstərişləri olan lövhə hərracda satıldı: Bir ayə maraq yaratdı – FOTO

Nyu-Yorkda “Sotheby’s” hərracında üzərində Bibliyanın əmrləri həkk olunmuş unikal mərmər lövhə satılıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə hərrac evinin saytında məlumat verilib.

Bildirilir ki, eramızın 300-800-cü illəri arasına aid olan bu qədim artefakt 5 milyon dollar (8.5 milyon manat) məbləğə satılıb.

Təxminən 52 kiloqram çəkisi olan lövhə 1913-cü ildə arxeoloqlar tərəfindən İsrailin Yavne şəhəri yaxınlığında aşkar edilib.

Mətn qədim yəhudi əlifbası ilə yazılıb və Musa peyğəmbərin 10 əmrinin samaritan (yəhudiliyin bir qolu) versiyasını təqdim edir.

Maraqlıdır ki, əmrlər arasında Allahın adını boş yerə çəkməyi qadağan edən üçüncü ayə (“Allahın, Rəbbin adını boş yerə dilinə gətirmə”) qeyd edilmir.

Bununla belə, lövhədə samari yəhudiliyi üçün müqəddəs olan Qrizim dağının əhəmiyyəti vurğulanıb.

Üzərində peyğəmbərin göstərişləri olan lövhə hərracda satıldı: <span style=color:red>Bir ayə maraq yaratdı - FOTO

Seçilən
36
3
medianews.az

10Mənbələr