AZ

Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Qeyd: “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, özünü zühur etmiş “12-ci imam” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib. 
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzanı 3 ay azaldıb. Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyirdi. Onun yaxınları hesab edir ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və “SantaFe” markalı minik avtomobilindən gedir.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2024, 09:18   
phrase_var_article.chosen
15
25
pravda.az

10phrase_var_article.sources