AZ

AZƏRTAC avadanlıqların və proqram təminatlarının lisenziyalarının müddətinin yenilənməsi üçün 354 min xərcləyəcək

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) publik hüquqi şəxsi 2025-ci il üzrə avadanlıqların və proqram təminatlarının lisenziyalarının müddətinin yenilənməsi və yeni proqram təminatlarına 354 134 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu məqsədlə AZƏRTAC "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC ilə müqavilə bağlamağı planlaşdırır.

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Nigar Əlimirzə qızı Bayramovadır.

 

Cabir Həsənov

Tarix: 20 Dekabr 2024, 09:47   
Seçilən
7
pravda.az

1Mənbələr