Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur.
Bizim.Media xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədr müavini Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, bu imkandan tələbə adını qazanan həm valideynlər, həm də onların övladları yararlanıb:
"23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfər, 1069 ailədə isə 2 nəfər olmaqla ümumilikdə tələbə adını qazanan 2318 nəfər təhsil tələbə krediti götürüb".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta