AZ

Azərbaycandakı xarici səfirliklər hökumətə söz atıb

Azərbaycanda Qərb ölkələrinin səfirlikləri ilk dəfə olaraq, sosial mediada, Azərbaycan hökumətinə ünvanladıqları aydın görünən mesajlar paylaşıblar.

ABŞ səfirliyi AzTv-nin Waşinqtondan Bakıya qarşı "namərd diplomatiya" başlığı ilə yayımlanan video materiala cavab olaraq deyib ki, son bir ildə ölkədə 30-dan çox jurnalist və bloqçu həbs edilib. Bunun səbəbini soruşmaq namərdlik sayılır, yoxsa əsl "namərdlik" Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? - deyə səfirlik sual edib.

ABŞ səfirliyi deyib ki, "Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər".

Bundan başqa, Fransanın Azərabycandakı səfiri öz X hesabında belə yazıb:

"Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?"

Bu həftə Rusiya mediasına müsahibəsi yayımlanan Prezident İlham Əliyev müsahibə zamanı Prezident "Makronun diktaturası" ifadəsini işlədib.

"Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir", - Prezident Əliyev bildirib.

İki həftə əvvəl Böyük Britaniya, Avropa İttifaqı, ABŞ və İsveçrənin Azərbaycandakı səfirləri Bakıda keçirilən tədbirdə hökuməti ölkədə insan haqlarını təmin etməyə, "ədalətsiz həbs olunan jurnalistləri, ictimai fəalları azad etməyə" çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi həmin vaxt səfirlərin insan haqları ilə bağlı çağırışlarını "məhkəmə sisteminin müstəqilliyinə zərbə vurmaq cəhdi" saymışdı.

Videonu YouTube kanalımızda izləyin.

Seçilən
19
bbc.com

1Mənbələr