AZ

Aygün Əliyeva: Beynəlxalq təşkilatlar maliyyə ayırmırlar

Bəzi beynəlxalq təşkilatlar Azərbaycan cəmiyyətinin ehtiyaclarına xidmət etməyən və dəyərlərinə uyğun olmayan layihələr təklif edirlər.

Demokrat.az  "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfransda iştirakçıların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu gün Azərbaycan xalqının ən vacib ehtiyaclarından biri mina problemi ilə mübarizədir:

"Təəssüf ki, bu məsələyə beynəlxalq təşkilatlar maliyyə ayırmırlar. Cəmi bir neçə cüzi təşəbbüsdən başqa, demək olar ki, bu istiqamətdə işlər ancaq dövlətimizin öz gücü hesabına icra edilir”.

A.Əliyeva, həmçinin insan hüquqları adı altında bəzi "rəngli həyat tərzini təbliğ edən layihələr"in ölkədə tətbiqinin təklif edildiyini söyləyib:

phrase_var_article.chosen
18
3
demokrat.az

4phrase_var_article.sources