Rusiya məhkəmələrinin 2021-ci ildən texnologiya şirkəti "Google"a qarşı tətbiq etdiyi cərimələrin məbləği 34,5 milyard rublu ötüb...
Poliqon bu barədə Roskomnadzorun mətbuat xidmətinə istinadən xəbər verir.
"Sistemli qanun pozuntularına görə, son üç ildə məhkəmə tərəfindən "Google" MMC-yə tətbiq edilən cərimələrin ümumi məbləği 25 milyard rubldan çox olub. Bütün dövr ərzində (2021-ci ildən bəri) ümumi cərimələrin məbləği isə 34,5 milyard rubldan çoxdur", deyə qeyd edilib.
Bundan əvvəl Roskomnadzor bəyan etmişdi ki, "YouTube"a qarşı müəyyən tədbirlər görülə bilər, çünki bunun üçün əsaslar var.
Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı "YouTube"u yavaşlatmaqdan danışıb. Onun sözlərinə görə, videohostinqlə bağlı suallar Rusiyadan daha çoxdur. O, həmçinin vurğulayıb ki, "YouTube" və "Google" Rusiya qanunlarına əməl etməli və onlayn fırıldaqlardan çəkinməlidir.
Poliqon.info