AZ

Arvadına təcavüz edən 72 nəfərin videosunu çəkdi... - Dəhşətli hadisə

Dünyanı şoka salan fransız qadın Jizel Pelikoya təcavüzlə bağlı bir neçə aydır davam edən məhkəmə prosesi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Avinyon şəhərində baş tutan məhkəmədə 72 yaşlı qadına 10 il ərzində narkotik maddənin təsiri altında təcavüz edən keçmiş həyat yoldaşı Dominik Peliko 20 il azadlıqdan məhrum olunub.

Dominiklə yanaşı, onun dəvəti ilə Jizel Pelikoya təcavüz və qadına qarşı cinsi zorakılıqlar törədən daha 50 nəfərə də hökm oxunub.

Məhkəmə prosesini ictimailəşdirdiyinə görə peşman olmadığını xüsusi olaraq vurğulayan Jizel, bu məsələdə onu dəstəkləyən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, Jizel Peliko 2011-2020-ci illər aralığında narkotik maddə və dərmanların təsirilə 72 nəfər tərəfindən təcavüzə məruz qalıb.

Həyat yoldaşı Dominik Peliko bu illər ərzində kişilərin huşsuz vəziyyətdə olan arvadını necə zorladığını lentə alıb.

Qandonduran işin üzə çıxması isə 2020-ci ilin sentyabr ayına təsadüf edib.

Belə ki, təcavüzkar Dominik Peliko təxminən 4 il əvvəl supermarketdə qadınların ətəklərinin altından gizli fotolar çəkdiyi zaman təhlükəsizlik işçisi tərəfindən saxlanılıb.

Daha sonra polis onun telefonunda və kompüterində 200-ü zorlama görüntüsü olmaqla, minlərlə video aşkarlayıb.

Araşdırmalar nəticəsində, Jizelə təcavüz edən 72 nəfərdən 50-nin şəxsiyyəti müəyyən olunub.


Müəllif: Ceyhun Ağazadə
phrase_var_article.chosen
22
1
teleqraf.com

2phrase_var_article.sources