Ucarda qadın bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Oğuz küçəsində baş verib. Evdə tək yaşayan rayon sakini, 1959-cu il təvəllüdlü Gülarəxanım Abbas qızı Quliyeva yatağından yıxılaraq ağır xəsarət alıb.
Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Yaxınlarının dediyinə görə, o, yüksək təzyiqdən əziyyət çəkirmiş.