AFFA "Şamaxı" və "Qarabağ"ı cərimələyib.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Premyer Liqada III turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimələnib.
Həmçinin sözügedən görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün "Qarabağ" klubu 1500 manat cərimələnib.