“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb.Metbuat.az xəbər verir ki, bunu Tns.az-a müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.O bildirib ki, hazırda stansiyada tikinti işləri müəyyən müddətə dayandırılıb: "Bu, vəsait çatışmazlığı ilə bağlıdır. Amma bu o demək deyil ki, tikinti davam etdirilməyəcək. Stansiyanın inşasının əsas ağır mərhələsi geridə qalıb. 4 mərhələli inşaatın bütün mərhələləri üzrə qazıntı başa çatdırılıb, inşaatın tamamlanması adlandırılan işlərə başlanılıb, mərnər üzlük – qranit vurulmasına hazırlıq görülüb, dizayn mərhələsi həll edilir, stansiyada infrastrukturun qurulması üçün hazırlıq da var".Qurum sözçüsü qeyd edib ki, stansiyanı “8 Noyabr”a birləşdirən hər iki yol infrastrukturu, yəni onun dəmir-beton yol hissəsi, relsləri qurulub: “Qatarların hərəkətini təmin edən elektrik sistemi və təmas relslərinin qurulması işləri görülməlidir. Stansiyada digər işlərin də hazırlığı görülüb. Məsələn, eskalatorlar və havalandırma ventilyatorları da gətirilib”.