AZ

Gürcüstanın haqsız qərarlar verən hakimlərinə qarşı da sanksiya tətbiq olunmasına çağırış edildi...

Yazını böyüt
Yazını kiçilt

Çexiya Senatı hökuməti “Gürcüstanda etirazların zorakılıqla yatırılmasında” iştirak edənlərə, habelə siyasi motivli qərarlar qəbul edən gürcü hakimlərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Hafta.az bu haqda “Qruziyaonlayn” nəşrinə istinadla xəbər verir.

“(Senat) Çexiya hökumətinə müraciət edir ki, əmrlərin icrasında və ya etirazların zorakılıqla yatırılmasında bilavasitə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etsin və həmçinin bu sanksiyaların genişləndirilməsini və siyasi motivli, qanunsuz qərarlar qəbul edən hakimlərə də şamil edilməsini nəzərdən keçirsin, eyni zamanda hökumət və parlamentlə əməkdaşlığın gözlənilməyəcəyi vəziyyətlərdə Gürcüstanda vətəndaş cəmiyyətinin və medianın dəstəyinə diqqət yetirsin”, - Çexiya Senatının bəyanatında belə deyilir.

Xatırladılır ki, dekabrın 19-da Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Xüsusi Təyinatlar Departamentinin direktor müavini Mirza Kezevadzeyə qarşı sanksiyalar tətbiq edib.

Seçilən
34
hafta.az

1Mənbələr