AZ

Türkiyədən Rusiyaya avtomobil ixracında azalma qeydə alınıb

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Rusiyayaavtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faizazalaraq, 786 milyon 453 min 5 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Rusiyaya 69 milyon 212 min 52dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabrayı ilə müqayisədə 17,4 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyəninavtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizartaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 mindollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabrayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024)Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobilixrac edib.

phrase_var_article.chosen
10
19
az.trend.az

10phrase_var_article.sources