AZ

Ərdoğandan Trampın bu fikirlərinə reaksiya

ABŞ-ın yeni prezidenti Donald Tramp Suriyadakı son hadisələri dəyərləndirərkən Türkiyənin əhəmiyyətli bir güc olduğunu, Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı anlaşdığını və onun ağıllı bir insan olduğunu vurğulamışdı.

7Times.az  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın bu fikirlərinə münasibət bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyənin qüdrətindən, bizim müxalifətdən başqa hamı xəbərdardır:

“Əslində çox şeylərdən xəbərdardırlar, amma həqiqəti deməyə öyrəşmədikləri üçün faktları təhrif edirlər. Beynəlxalq beyin mərkəzlərindən tutmuş mediaya qədər, hamı Türkiyənin diplomatiyada artan gücünü yazır. Öz gücümüzün və qüdrətimizin fərqindəyik. Dəməşqdəki səfirliyimizi yenidən aktivləşdirdik, orada bizim adımızı görən suriyalı qardaşlarımızın hissləri yerə-görə sığmayır. Türkiyənin ürəklərdəki sərhədləri fiziki sərhədlərini çox aşır. Bunu getdiyimiz hər ölkədə, ayaq basdığımız hər coğrafiyada gördük. Cənab Tramp situasiya qiymətləndirməsi etməklə əslində ölkəmizin gücünü və qüdrətini vurğulayır. Düz sözə nə demək olar? Hər şey sübutlarla ortadadır. Həqiqətən də cənab Trampla aramızda heç bir problem yoxdur. O praqmatik siyasətçidir. Tramp ölkəsi və müttəfiqləri üçün xərclər yaradan siyasətləri dəyişdirmək vizyonuna malikdir”.

Seçilən
11
2
7times.az

3Mənbələr