Bakı. Trend:
Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsiüçün tədbirlər görülür.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
"Azərbaycan Respublikası Baş Prokurorluğunun İnterpol xətti iləbeynəlxalq axtarışa verilmiş İran İslam Respublikasının vətəndaşıAzadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatətibeynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq OmanSultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təminedilib.
Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluqcinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən,barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarqəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalqhəbsli axtarışa verilib. Şəxs 2024-cü ilin may ayında Omandamüəyyən edilərək həbsə alınıb.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədiləzəruri tədbirlər görülür", - qurumdan bildirilib.