AZ

ABŞ-də yaşayan soydaşımıza yüksək vəzifə verilib

Bakı, 20 dekabr, AZƏRTAC

ABŞ-də yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü Tərlan Əhmədova yüksək vəzifə verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, o, qubernator Janet T. Mills tərəfindən Meyn ştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilib.

Tərlan Əhmədov bundan öncə Meyn Əmək Departamentində ştat üzrə məşğulluq proqramlarına nəzarət edib, Qaçqınlar və İmmiqrasiya İdarəsində rəhbər vəzifədə çalışıb, Qaçqınların Məskunlaşması Federal Proqramının koordinatoru olub.

Ştatın rəsmi internet səhifəsində Tərlan Əhmədovun yeni təyinatı ilə bağlı məqalə dərc olunub.

Seçilən
27
12
azertag.az

10Mənbələr