AZ

Rusiya ilə Ukrayna arasında son dəfə cəsədlərin  mübadiləsi edildi: Kiyev 503 cəsəd, Rusiya isə...

Rusiya və Ukrayna 2024-cü il üçün sonuncu dəfə ölənlərin cəsədləri ilə mübadilə edib. 

Musavat.com Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Kiyev 503 cəsəd alıb, Rusiya isə 42. İl ərzində ümumi rəqəm: 3361/535. Hələ də Rusiyanın morqlarında 8000 Ukrayna hərbçisinin cəsədi saxlanılır.

12-ci mübadilə əvvəlki iki mübadilə kimi Belarusun Qomel vilayətində baş tutub və yenə də qeyri-bərabər nisbət 503-ə 42 idi. Bu qeyri-bərabərlik əsasən itkilərin sayında ciddi fərqlə bağlıdır. Bu səbəbdən Rusiya tərəfi öz itkilərinin qohumlarına tez bir zamanda çatdırılması, eləcə də ukraynalı hərbçilərin cəsədləri ilə dolu sərhədyanı morqları boşaltmaq üçün daha çox cəsəd qaytarmağa məcbur olur.

2024-cü ilin noyabr ayına olan məlumata görə, Rusiya morqlarında (Belqorod, Rostov və Kursk bölgələrində) 8000-dən çox Ukraynalı hərbçinin cəsədi saxlanılır. Bəzi cəsədlər medalyonlara görə tanınır, lakin əksəriyyəti hələ də naməlum olaraq qalır. Ekspertlər bu cəsədlərin tam identifikasiyası üçün ən azı üç il lazım olacağını bildiriblər.

Buna baxmayaraq, soyuducu maşınlarla cəsədlər yaxınlıqdakı morqlara daşınır. Ancaq yer çatışmazlığı səbəbindən cəsədlər Rostov-na-Donuya göndərilir. Orada bu məqsədlə xüsusi anbarlar tikilib. Bu anbarlara artıq 5000-dən 8000-ə qədər cəsəd çatdırılıb. Onların təxminən 4000-i tanınıb.

 

Afaq,
Musavat.com

Seçilən
12
21
musavat.com

10Mənbələr