AZ

Bayden administrasiyası Ukraynaya sonuncu yardım paketini açıqlayacaq

Vaşinqton, 20 dekabr, AZƏRTAC

Bayden administrasiyası yaxın günlərdə Ukraynaya yeni silahların alınması üçün ayrılmış qalan vəsaitdən istifadə edərək, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsünün sonuncu paketini elan edəcək. AZƏRTAC-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, paketə hava hücumundan müdafiə vasitələri və artilleriya sursatları daxildir. Paketin dəyəri təxminən 1,2 milyard dollar olacaq.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
10
1
azertag.az

9Mənbələr