Vaşinqton, 20 dekabr, AZƏRTAC
Bayden administrasiyası yaxın günlərdə Ukraynaya yeni silahların alınması üçün ayrılmış qalan vəsaitdən istifadə edərək, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsünün sonuncu paketini elan edəcək. AZƏRTAC-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, paketə hava hücumundan müdafiə vasitələri və artilleriya sursatları daxildir. Paketin dəyəri təxminən 1,2 milyard dollar olacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton