Karvan - L
Yuyucu maddələr üzrə kimyaçı-texnoloq
Son tarix 20 yan 2025 - [email protected]
Tələblər:
- Minimum bakalavr dərəcəsi;
- 3 ildən artıq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (Rus dili arzuolunandır) dilini peşəkar səviyyədə bilmək;
- Microsoft office proqramlarında sərbəst işləmək bacarığı;
- 6 günlük iş rejimi;
- Əmək haqqı razılaşma əsasında.
Vəzifə öhdəlikləri və bilməlidir:
- İqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;
- İstehsalatın texnoloji hazırlığını və texniki cəhətini təşkil edir;
- Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
- Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir;
- Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir;
- Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
- Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
- Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, işlərin vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
- Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir;
- Texnoloji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılmasını təşkil edir;
- Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
- Müasir texnologiyalardan, həmçinin ölçü və analitik aparatlardan istifadə edərək laboratoriyanın profilinə uyğun tədqiqatları aparır;
- Laboratoriya tədqiqatları aparmaq üçün iş yerini təşkil edir;
- Aparılmış tədqiqatların nəticələrini təhlil edir, onları qeydə alır, aidiyyəti uçot-hesabat sənədlərini hazırlayır;
- Tədqiqatların keyfiyyətinə laboratoriyadaxili və xarici nəzarəti həyata keçirir;
- Görülən işin nəticələrinə əsasən tədqiqatların səmərəliliyinin və keyfiyyətinin artırılması üzrə təkliflər verir;
- Laboratoriya tədqiqatlarının keyfiyyətinə nəzarətin təşkilini, onların keçirilmə qaydalarını və əsas tələblərini bilir.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 20 Yanvar 2025-ci il.
İş yeri: Nobel prospekti.