Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb, 11 nəfər isə həlak olub. Xəsarət alanlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilib.
"AzPolitika" xəbər verir ki, hadisəni törədən şəxsib kimliyi ortaya çıxıb.
50 yaşında olduğu bildirilən hücumçunun Səudiyyə Ərəbistanı vətəndaşı Taleb A. olduğu açıqlanıb.
Alman mətbuatında yer alan məlumata görə, hücum edən şəxs 2006-cı ildən Almaniyanın Bernburq şəhərində yaşayan və klinikada psixoterapiya sahəsində çalışan həkimdir.
"AzPolitika.info"