AZ

Bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 2025-ci il yanvarın 29-na təyin edilmiş Bələdiyyə seçkilərində partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

"Unikal" xəbər verir ki, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Daha sonra MSK-nın qərarına əsasən Respublikaçı Alternativ Partiyası (REAL), Ağ Partiya, Gələcək Azərbaycan Partiyası, Ədalət Partiyası, Vəhdət Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Demokrat Partiyası, Azad Vətən Partiyası, Müasir Müsavat Partiyası, eləcə də Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələri qeydiyyata alınıb.

Bununla da Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınmış siyasi partiyaların sayı 23-ə çatıb.

phrase_var_article.chosen
32
4
unikal.az

2phrase_var_article.sources