AZ

Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir

Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftara bağlı Daxili Təhlükəsizlik Təşkilatı Benqazi şəhərində Baas rejiminin süqutunu qeyd edən suriyalıları saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Liviya mətbuatı məlumat verib.

Bildirilib ki, Daxili Təhlükəsizlik Təşkilatı saxlanılan şəxslərin “Suriyadakı terror təşkilatına bağlı, agent kimi Benqaziyə sızan və suriyalıları silahlandırmaq və səfərbər etmək vəzifəsi daşıyan bir qrup” olduğunu iddia edib.

Qeyd edək ki, Liviya mətbuatında və beynəlxalq media qurumlarında Rusiyanın Suriyadakı bəzi hərbi texnika və qüvvələrini Haftarın nəzarəti altında olan Benqazi şəhərinə göndərdiyi barədə xəbərlər yayılıb.

phrase_var_article.chosen
13
publika.az

1phrase_var_article.sources