“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının cari mövsümdəki nəticələri haqda danışıb.
QOL.az "Eurosport"a istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Bu mövsüm əvvəlki illərdə olduğu kimi dominantlıq edə bilmirik. Səbəbini bilmirəm. Bilsəydim, həll yolu tapardım. “Mançester Siti” böyük uğurlar qazanırdı, komanda stabil idi, belə zədələr yox idi. İnanılmaz dərəcədə gözəl 8 il keçirdik, indi isə nəticələr baxımından 40-dan çox pis günümüz var”.
"Mançester Siti" bütün yarışlarda keçirdiyi son 11 matçdan 8 də məğlub olub. Qvardiolanın komandası İngiltərə çempionatında 15 oyundan sonra 27 xalla 5-ci yerdədir.