AZ

Ukrayna ilk dəfə döyüşdə “robot-əsgərlər”dən istifadə edib –-FOTO

Ukrayna Silahlı Qüvvələri ilk dəfə hərbi əməliyyatlarda canlı əsgərlərin əvəzinə “robot-döyüşçü”lərdən – robotlaşdırılmış yerüstü sistemlərdən istifadə edib.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqat İnstitutu (ISW) Ukrayna ordusuna istinadən məlumat yayıb.

ISW-nin məlumatına görə, Ukrayna bölmələri Xarkovdan şimalda yerləşən Liptsi kəndi yaxınlığında rus qoşunlarının mövqelərinə hücum edib. Əməliyyatda əraziləri aşkar etmək və təmizləmək üçün robot platformalardan, o cümlədən pulemyotlarla təchiz edilmiş pilotsuz yerüstü nəqliyyat vasitələri və dronlardan istifadə edilib. Hücum nəticəsində Rusiya qüvvələrinin mövqeləri darmadağın edilib.

Ukrayna tərəfi dəfələrlə vurğulayıb ki, texnoloji yeniliklərdən istifadə işçi qüvvəsinin çatışmazlığını kompensasiya etməyə imkan verir.

“Öz növbəsində, Rusiya əhəmiyyətsiz əraziləri ələ keçirmək naminə böyük itkilər verir”- ISW qeyd edir.

Ukrayna pilotsuz uçuş aparatlarının istehsalını fəal şəkildə inkişaf etdirməyə və təkmilləşdirməyə davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fiber-optik kabellər əsasında fəaliyyət göstərən yeni PUA-ların sınaqlarını başa çatdırıb”-deyə məlumatda vurğulanır.

 

phrase_var_article.chosen
17
azpost.info

1phrase_var_article.sources