AZ

Suriyada yeni xarici işlər naziri təyin edildi

Suriyanın yeni hökuməti xarici işlər naziri təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Baş Komandanlıq Əsəd Həsən əl-Şibanini xarici işlər naziri vəzifəsinə təyin edib.

Qeyd edilir ki, Dəməşq Universitetinin məzunu olan 37 yaşlı Şibani əvvəllər Suriyanın şimal-qərbindəki İdlib əyalətində müxalifət hökumətinin siyasi şöbəsinə rəhbərlik edib.

O, Suriyanın BMT-dəki daimi nümayəndəsi və yüksək səviyyəli ABŞ diplomatlarını qəbul etmək də daxil olmaqla, xarici nümayəndə heyətləri ilə fəal şəkildə əlaqə saxlayıb.

Seçilən
9
9
unikal.az

10Mənbələr