AZ

Hakan Fidan Suriyanın yeni administrasiyası ilə görüşmək niyyətində olduğunu açıqlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriyanın yeni administrasiyası ilə görüş keçirmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə Fransanın yerli telekanalına müsahibəsində deyib.

Hakan Fidan bu yaxınlarda Dəməşqdə Amerika nümayəndə heyətinin yeni administrasiyanın nümayəndələri ilə görüşünün əhəmiyyətini qeyd edib.

"ABŞ nümayəndələrinin səfərindən əvvəl artıq bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatların nümayəndə heyətləri Dəməşqə gəlmişdi. Suriyanın yeni administrasiyası ilə təmasların qurulması prosesinin şahidi oluruq ki, bu da əlamətdar hadisədir", - deyə Türkiyə XİN rəhbəri bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
3
olaylar.az

4Mənbələr