AZ

6,1 bal gücündə ZƏLZƏLƏ OLDU


Vanuatu ada dövlətində 6,1 maqnitudalı zəlzələ baş verib.

News24.az publika.az-a istinadla xəbər verir ki, məlumatı ABŞ Geofizika İnstitutu yayıb. Zəlzələnin episentri ölkənin paytaxtı Port Vila şəhərindən 30 kilometr qərbdə, 40 kilometr dərinlikdə yerləşir. Yerli vaxtla saat 02.30-da baş verən yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.

Qeyd edək ki, çərşənbə axşamı baş vermiş 7,2 maqnitudalı zəlzələdən sonra Vanuatuda 1 həftə komendant saatı tətbiq edilib.


phrase_var_article.chosen
5
6
news24.az

7phrase_var_article.sources