Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin (AKİS) işinin təkmilləşdirilməsi məqsədilə Türkiyəli mütəxəssislər C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında olublar
AzEdu.az xəbər verir ki, dekabrın 21-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiq edilən sistemin işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Kitabxanası Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin texniki xidmət şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karacanı Bakıya dəvət edib.
Mütəxəssislər C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olub, sualları cavablandırıb və tövsiyələrini veriblər.