AZ

Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı

Rusiya Prezidenti Vladimir Putin Yeni il tətilində də işləyəcək.

OXU24.COM  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov danışıb.

Kremlin sözçüsü qeyd edib ki, müəyyən tədbirlər artıq Rusiya liderinin planına daxil edilib.

“Aydındır ki, sadə vətəndaşlar kimi o, bütün tətil boyu istirahət etməyəcək və hətta bu vəziyyətdə bu, mümkün də deyil. İş qrafiki olacaq”, – Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən vurğulayıb.

O diqqətə çatdırıb ki, dekabrın 31-də dövlət başçısı ənənəvi olaraq hər kəsi Yeni il münasibətilə təbrik edəcək. Buna baxmayaraq, Putin dost olmayan ölkələrin liderlərinə müraciət etməyi planlaşdırmır.

phrase_var_article.chosen
6
1
oxu24.com

2phrase_var_article.sources