AZ

XVI əsrə aid gizli keçid: ilk dəfə ictimaiyyətə açıldı

İtaliyanın Florensiya şəhərində XVI əsrə aid gizli keçid tarixdə ilk dəfə olaraq ictimaiyyət üçün açılıb.

"Ölkə.az" xəbər verir ki, “Vasari” adlanan bu dəhlizi Florensiya elitası cəmiyyətdən uzaq olmaq və düşmənlərdən qorunmaq üçün istifadə edib.

Gizli keçid Florensiyada hakimiyyətdə olan Mediçi sülaləsi üçün 1565-ci ildə rəssam və memar Giorgio Vasari tərəfindən ev və iş yerini birləşdirmək üçün tikilib. 5 ay ərzində tikilən dəhliz Florensiyanın ən məşhur üç yerini birləşdirir: Veççio Sarayı (şəhərin siyasi mərkəzi), Uffizi Qalereyası və Pitti Sarayı (ailənin yaşadığı yer).

Florensiyanın mərkəzindən keçən dəhlizin uzunluğu 750 metrdir. Səyahət zamanı 106 pillə enmək lazımdır. Turistlər buranı 20 avro müqabilində görə bilərlər.(Publika.az)

Seçilən
7
50
olke.az

10Mənbələr