AZ

Trampın komandası tələb edir: ABŞ ÜST-dən DƏRHAL ÇIXSIN!

Komandası yanvarın 20-də Donald Trampın Ağ Evin rəhbəri vəzifəsinə başlayacağı gün Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmasını tələb edir.

Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-ın təşkilatdan çıxması ÜST-ni əsas maliyyə mənbəyindən məhrum edəcək və fövqəladə halların öhdəsindən gəlmək qabiliyyətini sarsıdacaq.

Ağ Evin COVID-19 pandemiyası ilə mübarizə üzrə keçmiş koordinatoru Aşiş Jha da etiraf edib ki, “Trampın administrasiyasında ÜST-yə etibar etməyən bir çox insanlar var. Onlar yeni administrasiyanın ilk günündə təşkilatı tərk etdiklərini göstərmək istəyirlər”. 

O, həmçinin qeyd edib ki, Trampın digər tərəfdaşları ÜST-də islahatlar tələbi ilə məhdudlaşmağı təklif ediblər, lakin sonda təşkilatla əlaqələri kəsməyi tələb edən qrup qalib gəlib.

Seçilən
5
1
korrespondent.az

2Mənbələr