AZ

"Qarabağ" ilin sonuncu oyununda qələbə qazanıb

"Qarabağ" Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyununda qələbə qazanıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XVIII turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.

41-ci dəqiqədə Yassin Benzia hesabı açıb. 72-ci dəqiqədə Abdullah Zubir adını tabloya yazdırıb.

Birinci pillədə qərarlaşan "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. Naxçıvan klubu 39 xalla ikinci sıradadır.

Günün ilk görüşündə "Şamaxı" evdə "Sabah"ı məğlub edib - 3:1.

Seçilən
5
14
demokrat.az

10Mənbələr