AZ

"Rəhbərliyi hədələyiblər ki, məşqə çıxmaq istəmirik, tez gətirib pullarını veriblər"

«Şamaxı»nın bir qrup sabiq futbolçusu Şamaxı rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədova müraciət edib.

Bu barədə redaksiyamıza onların özləri məlumat verib.

Yayda buradan uzaqlaşdırılan oyunçular rayonun eyniadlı klubunun rəhbərliyindən İH-nın birinci şəxsinə şikayətlənib:

«Bizim başqa yolumuz qalmayıb. Ötən mövsüm komandanı Birinci Liqanın çempionu etdik.

Buna görə hər birimizə 5000 manat mükafat vəd olunub. aradan 7 ay keçib, uşaqlar demək olar tez-tez klub rəsmilərinə zəng vurub, həmin pulu nə vaxt verəcəklərini soruşur.

Hər dəfə bir bəhanə gətirirlər. Min cür bəhanə eşitmişik indiyə kimi.

İndi də deyirlər ki, vergiləri güclə ödəyirik, mükafatı ödməyə pul tapmırıq. Klubda pul var, qəsdən belə edirlər. Onlar legionerlərdən qorxurlar, bizə yerliyik deyə, verdikləri vədi yerinə yetirmirlər.

Bu mükafatı legionerlər almasaydı, dünyanı dağıdardılar. Premyer Liqada bir-iki dəfə mükafatlarını gecikdiriblər, rəhbərliyi hədələyiblər ki, məşqə çıxmaq istəmirik.

Tez gətirib pullarını ödəyiblər. Biz belə etməmişik, «Şamaxı»ya çempionluq qazandırmışıq.

Görək indi İcra Hakimiyyətindən nə cavab çıxır, Bəlkə bunlar icra başçısından çəkinərlər»

SPORTİNFO.AZ

Seçilən
18
1
sportinfo.az

2Mənbələr