AZ

Qurban Qurbanov: “Futbol olaraq böyük yaşımız yoxdur”

Misli Premyer Liqasının XVIII turunun "Qarabağ" - "Araz-Naxçıvan" matçından (2:0) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmara və komandasına uğurlar arzulayıram. Futbolçularım yanvardan bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimə təşəkkür edirəm. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qalibiyyət çox vacib idi. Ki, tətilə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram".

- 2024-ə əvvəldən baxsaq, ili necə qiymətləndirərsiz?

- Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili oldu. Bütün xalqımızda böyük kütlə böyük futbol yaşadılar. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kuboku qazandıq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Avropa Liqasında məğlubiyyətlərimiz oldu. Olmamalı idi, ancaq oldu.

- İlin ən yaxşılarını seçirlər. Siz özünüz də ilin ən yaxşısı seçildiz. Sizə görə, 2024-ün ən yaxşı yerli futbolçusu kimdir?

- Düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı sezon keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram.

- Serxio Ramos məsələsi doğrudur?

- Xeyr.

- Müdafiə xəttini gücləndirmək istəyirsiz?

- Düşünürük.

- Juninyno ilə bağlı yeni xəbər var?

- Elə ilk olan danışıqlardır, təklifdir. Sonra dedilər əlaqə saxlayacağıq, hələ ki, sakitçilikdir.

- Nə qədər məbləğ təklif etsələr, buraxarsız?

- Mənə aid məsələ deyil.

- Onlardan zəng gəlməməsi sizi sevindirir?

- Normal prosesdir. Böyük klubdur, dərindən düşünürlər.

- "Araz-Naxçıvan" "Qarabağ"la çempionluq mübarizə aparacaq klubdur?

- "Araz-Naxçıvan" çox yaxşı komandadır, təcrübəli, bacarıqlı futbolçuları var. Nəticəyə inamlı oynayırlar. Amma bugünkü oyuna görə belə fikir bildirməyim çətin olar. "Araz-Naxçıvan"ın futbolçuları bəlkə daha istəkli idilər. O temp, o dinamika, mübarizə tam yox idi. Bəlkə də yorğunluqdan irəli gəlirdi. Bütün ölkələrdə ilin sonunda gəzə-gəzə oynayırlar. Futbolçular istirahət haqda düşünürlər. 

- Nə vaxt "Qarabağ"ın yerli futbolçularını Avropa klubları transfer edəcək?

- Bəlkə də, tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr dəyər verməlidirlər. İl boyu eyni tempdə, eyni səviyyədə oyunlar keçirirlər. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, propaqanda aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin onun da zamanı gələcək.

- İcraiyyə Komitəsində pozitiv hansı müzakirələr olundu?

- Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki ilk onlardan xəbər verilsin, bəlkə sonra hansısa maddə üçün fikir bildirə bilərik.

Ayxan Abbasov: "Qəbələ"nin Premyer Liqanı tərk etməsi sürpriz oldu"

Vasili Berezutski: "Şamaxıda oynamaq çox çətindir"

"Şamaxı" "Sabah"ı əliboş yola saldı - YENİLƏNİB

Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"

Juninyo ilk dəfə "Sevilya"ya transferi haqda danışdı

Seçilən
11
8
apasport.az

10Mənbələr