AZ

Fidan Suriyanın yeni lideri ilə bir arada - Hansı mesajlar verildi?

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın yeni hakimiyyətinin lideri Əhməd Şara arasında baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Modern.az-ın məlumatına görə, tərəflər bəyanatla çıxış ediblər və sualları cavablandırıblar.

"Sizə türk xalqının salamını gətirmişəm. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın ən xoş arzularını sizə çatdırdım. 14 il sənin sevinciniz sevincimiz, kədəriniz kədərimiz iidi. Qardaşlıq və qonşuluq bunu tələb edirdi. Bu gün Türkiyə olaraq tarixin doğru tərəfində olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik", - o qeyd edib.

Fidan bildirib ki, Suriyanın ən ağır, ən qaranlıq dövrü geridə qalıb.

"Suriyalıların rəhbərliyi altında heç bir dini və ya etnik qrupun istisna edilmədiyi əhatəli bir idarə qurulmalıdır. Hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü bir ölkənin qurulması yeni Suriyanın ən böyük uğuru və gələcəyinin təminatı olacaq. Bu məqsədləri həyata keçirmək üçün Suriyada dövlət bütün funksiyaları ilə birlikdə dirçəldilməlidir. Türkiyə olaraq dövlət qurumlarının yenidən qurulması və potensialın artırılması sahəsində təcrübələrimizi bölüşməyə hazırıq. Eyni şəkildə TİKA, Qızıl Aypara və AFAD kimi qurumlarımız və özəl şirkətlərimizlə konkret işlərə dəstək vermək istəyirik. Bu məsələ ilə bağlı möhtərəm Prezidentimiz bütün dövlət qurumlarına tapşırıqlar verib", - XİN başçısı vurğulayıb.

Əhməd Şaraa vurğulayıb ki, Fidanla hərtərəfli görüş keçirilib və Suriyanın gələcəyi müzakirə edilib:

"Biz Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət veririk. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq".

***

17:17

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə gedib, yeni administrasiyasının rəhbəri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi görüşdən foto yayaraq məlumat verib.

 

Bildirilir ki, nazir Fidan Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə görüşüb.

Seçilən
18
50
modern.az

10Mənbələr