AZ

Bu ölkə dollardan avroya keçəcək


Moldova 2025-ci ilin yanvarından baza valyutası kimi dollar əvəzinə avrodan istifadə etməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Milli Bankının rəhbəri Anka Draqu danışıb.

Moldova Milli Bankının rəhbərinin sözlərinə görə, əsas ehtiyat valyutası kimi avroya keçmək qərarı respublikanın ticarət və valyuta axını ilə bağlıdır. Dəyişikliklər gələn il yanvarın 2-dən qüvvəyə minəcək.

“Bu, ölkəyə ciddi iqtisadi fayda gətirəcək. Birja əməliyyatları üzrə gözlənilən qənaət 10 milyon avronu keçə bilər”, – Draqu bildirib.


phrase_var_article.chosen
5
17
news24.az

10phrase_var_article.sources