AZ

QHT Sabirabad, Saatlı və Lənkəran rayonlarında “Erkən nikahın qarşısının alınmasında yeni yanaşmaların təbliği” adlı layihə icra edib

"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Sabirabad, Saatlı və Lənkəran rayonlarında “Erkən nikahın qarşısının alınmasında yeni yanaşmaların təbliği” adlı  layihə həyata keçirmişdir.

Layihənin əsas məqsədi bölgələrdə yetkinlik yaşına çatmayan qızların təhsildən uzaqlaşdırılaraq, erkən nikahlara cəlb edilməsinin və onun yaratdığı fəsadların qarşısının alınması üçün valideynlərin, həmçinin ümumtəhsil məktəblərinin  rəhbərlərinin və yeniyetmə şagirdlərin, yetkinlik yaşına çatmayan gənclərin maarifləndirilməsindən ibarət idi.

“Erkən nikahın qarşısının alınmasında yeni yanaşmaların təbliği” adlı layihə çərçivəsində Sabirabad, Saatlı və Lənkəran  rayonlarının hər birində 1 seminar, hər seminarda 25 gənc olmaqla, 75 gəncə maarifləndirici seminar keçirilmişdir. Bu layihə əsasən bölgələrdə yaşayan aztəminatlı ailələrdə olan gənc qızların erkən nikaha daxil olmasına qarşı təbliğatın aparılmasını özündə cəmləşdirən maarifləndirmə işinin təşkilini nəzərdə tuturdu.

Maarifləndirici tədbirlərdə gənclərə təşkilatın və Gənclər və İdman Nazirliyinin loqosu həkk olunmuş buklet və dəftərxana ləvazimatları paylanmışdı. Mövzu ilə bağlı layihə rəhbəri Samirə Mustafayeva, Sabirabad rayon Dövlət İdarəetmə və Texnologiya Kollecində, Saatlı Gənclər Mərkəzində, Lənkəran Tibb Kollecində təhsil alan gənc və yeniyetmələrə məlumat vermişdi. Tədbirlərdə Sabirabad, Saatlı və Lənkəran  rayonlarının məsul şəxsləri də iştirak edirdilər.

Seçilən
19
qht.az

1Mənbələr