Britaniya ordusunun hərbçiləri maaş artımına baxmayaraq ordu sıralarını tərk edir. Ulusum.az xəbər verir ki, bu barədə The Telegraph yazıb.Nəşrin məlumatına görə, təkcə son bir ildə 15 mindən çox hərbçi xidməti tərk edib, onlardan 8 mini öz xahişi ilə işindən ayrılıb.“Silahlı qüvvələr rekord 6% maaş artımına və müavinətlərə baxmayaraq ixtisar edilir, lakin son məlumatlar artımların kifayət qədər yüksək olmadığını və işə qəbul olunanların ölkədə ən aşağı maaş alan dövlət qulluqçuları arasında olduğunu göstərir. Tarixdə ilk dəfədir ki, Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbi qulluqçu düşür”.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Albaniya TikTok-u ən azı bir il qadağan edib
Zambiya prezidentinə zərər vurmağa cəhd edən iki Zambiyalı saxlanılıb
Tramp ölkə tarixində ən böyük deportasiya təşəbbüsü ilə çıxış etmək niyyətindədir