Salam sizə şikayətim Azercell mobil operatorundandır. Bildiyiniz kimi elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə Azercell daha da irəli gedərək 1 Fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə 2 AZN xidmət haqqı tətbiq ediləcək və Azercell abunəçinin balansından 2 AZN siləcək bu isə oğurluqdur. Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı varki abunəçinin balansından vəsait silsin daha doğrusu oğurluq etsin və ya abunəçiyə zorla hər hansısa paket versin? Bu istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin Fevral və May ayından var onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili 60 dəqiqə və 1,2 GB internet paketi verilir Azercell-də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir balansdan sadəcə 2 AZN silinir. Özüdə abunəçi balansını kredit vasitəsi ilə və ya Paycell vasitəsi ilə yəni digər nömrədən balansa vəsait yükləsə belə bu aylıq sərfiyyat limiti kimi hesablanılmır yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur bu yalnız Azərbaycanda var. Xatırladım ki, Azercell bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. Azercell isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desədə xidmət səviyyəsi əksinə daha da azalıb. Beləki əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə indi isə sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə indi buda ləğv edilib abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz. Bundan başqa Azercell 2023-cü ilin maliyyə hesabatını da hələ də açıqlamayıb. Artıq 8 gün sonra 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəmdə həmin vaxt: "Təklifiniz bizim üçün çox önəmlidir istəyizin tətbiqi imkanları araşdırılacaq" şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Həmin vaxt call center-dən xanım operator: "Yəqinki, yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq ona görə qeydiyyatı bağlayıblar" şəkilində cavab verdi. Daha bir neçə ay gözləyib Noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 Noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən ildə eyni hal baş vermişdi yəni maliyyə hesabatı May ayında açıqlanmışdır onda ancaq müraciətimə Vəfa adlı xanım zəng edərək: "İlkin bəy narahat olmayın hesablanma gedir yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq" deyə cavab vermişdilər. Maliyyə hesabatını gizlətməyin bir səbəbi var. Bildiyiniz kimi 2018-ci ildən Azercell dövlət şirkətidir və TeliaSonera 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra Azercell 2018-ci ilədək 3 il zərərlə çalışdı və Rabitə Nazirliyi məcbur olub Azercell-in 51%-lik payını TeliaSonera-dan 222,5 milyon dollara almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, Azercell gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra Azercell yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər Azercell-in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür Azercell-dən narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər. Əslində mobil rabitə sahəsində ümumiyyətlə İKT sektorundakı bərbad xidmətin və qiymətlərin durmadan artmasının oğurluq hallarının əsas səbəbi inhisarçılıq və monopoliyadır. Yəni bütün dünyada fəliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. şirkətlərin bazara girməsinə imkan verilmir. Dövlət qurumlarıda illərdir mobil operatorların oğurluğunu görməzdən gəlirlər. Yəni dünyanın heç bir ölkəsində mobil operatorlar heç bir səbəb olmadan qiymətləri durmadan bahalaşdıra və absurd qərarlarla abunəçidən oğurluq edə bilməzlər. Sağolun.İlkin MəmmədkərimovBloqumuzun adresinə göndərilən şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!TEREF
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta