AZ

Məktəblərdə peşəkar psixoloqların çatışmazlığı

Məktəblər təhsilin yanısıra şaqirdlərin sosial, emosional və psixoloji inkişafını təmin etmək ün mühüm məkanlardır. Bununla belə, son illərin araşdırmaları göstərir ki, Azərbaycanda məktəblərdə peşəkar psixoloqların çatışmazlığı ciddi sosial və təhsil problemlərinə yol açır.

Məktəb psixoloqları, şaqirdlərin psixoloji problemlərinin vaxtında müyən edilməsi və həlli üçün vacibdir. Bu problemlər stress, öyrənmə çətinlikləri, sosial adaptasiya çətinlikləri və ya zorakılıq kimi halları əhatə edir. Lakin Azərbaycanda məktəblərin çoxunda ya psixoloq yoxdur, ya da bu vəzifəni icra edənlərin peşəkar səviyyəsi lazımi standartlara cavab vermir.

Ən böyük problemlərKadrlı yetişdirilməsində boşluqlar: Psixologiya sahəsində ixtisaslı kadrlıların azlığı, bu sahədə peşəkarı yetişdirən proqramların kifayət etməməsi.Resurs və mühit çatışmazlığı: Məktəb psixoloqları üçün ayrı bir kabinetin, lazımi avadanlıqların və ya dəstək vasitələrinin olmaması.Maaş problemləri: Psixoloqların maaşı kifayət etmədiyindən, bu peşəni seçənlərin səviyyəsi və motivasiyası təsirlənir.Təhsil sistemi daxilində sözdə qalınacaq yanaşmalar: Psixoloji yardım məktəb proqramında ikinci dərəcəli çəkilir, sistemli yanaşma yoxdur.

Psixoloqların çatışmazlığı birbaşa olaraq şaqirdlərin akademik nəticələrinə, sosial çeviklərinə və emosional rifahına ziyan vurur. Uşaqlar vaxtında dəstək almırsa, bu, uzun müdətdə depressiya, anksiyete, şidrətə meyllilik kimi hallara yol aça bilər.

Təklif olunan həllərPsixoloqların hazırlanması: Universitetlərdə məktəb psixologiyasına dair ixtisasların yaradılması, artırılması və praktiki təcrübələrin genişləndirilməsi.Motivasiya sisteminin qurulması: Psixoloqların maaşlarını artırmaq, onlara daha çevik şərait yaratmaq.Psixoloji xidmətlərin modernizasiyası: Məktəblərə lazımi resursları təmin etmək və şaqirdlərə daha çox yardımcı olmaq.Maarifləndirmə: Valideynlər, müəllimlər və şaqirdlər arısında psixoloji yardımın önəmi barədə seminarların keçirilməsi.

Psixoloq çatışmazlığı Azərbaycanın təhsil sisteminin həll olunması vacib olan əsas problemlərindəndir. Bu problemin aradan qaldırılması təhsil sisteminin keyfiyyətini artırmaqla yanaşı, şaqirdlərin rifahına da önəmli təsir göstərəcək.

 

Bəhman Hüseyn

phrase_var_article.chosen
9
tehsil.biz

1phrase_var_article.sources