ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.
Azpost.info bildirir ki, o, bu barədə Arizonada keçirilən AmericaFest konfransında deyib.
Trampın sözlərinə görə, bu addım Ukraynada müharibəni mümkün qədər tez bitirmək məqsədi daşıyır.
“Bu, mənim tez bir zamanda etmək istədiyim işlərdən biridir. Prezident Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söyləyib. Bu müharibəni bitirməliyik”, – Tramp bildirib.
O, Ukraynadakı müharibəni “dəhşətli” adlandırıb və təkrarlayıb ki, o vaxt ABŞ prezidenti olsaydı, bu müharibə başlamazdı.
“Bu müharibə dəhşətlidir. Heç kim belə bir şey görməyib. Biz sadəcə dəli olan rəqəmlər görürük. Biz bunu dayandırmalıyıq. Mən prezident olsaydım, bu heç vaxt baş verməzdi. Bu müharibə heç vaxt baş verməzdi” dedi.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın seçilmiş lideri Donald Trampla görüşəcəyi təqdirdə onunla danışacaq bir şeyin olacağına əmin olduğunu bildirib.