AZ

“Bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi birmənalı qarşılanmır”

“Mühüm məqamlardan biri din xadimlərimizin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda bildirib.

“Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib hazırlamış və tətbiq etmişdik. Vahid ruhani formasının qəbulunda məqsəd – hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir.

Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır”, - deyə şeyxülislam bildirib.

Allahşükür Paşazadə əlavə edib ki, azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirir.

Nuranə Daxilqızı

phrase_var_article.chosen
4
14
qafqazinfo.az

10phrase_var_article.sources