AZ

Qanunsuz saxlanılan odlu silah-sursat götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Dekabrın 21-də və 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tapança, 6 tüfəng, 5 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
8
49
xalqqazeti.az

10Mənbələr